Şəhid Rüstəm Məmmədovun ikinci ildönümü qeyd edildi » devlet.info.az
Xəbərlər



Şəhid Rüstəm Məmmədovun ikinci ildönümü qeyd edildi
Şəhid Rüstəm Məmmədovun ikinci ildönümü qeyd edildi

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əslən Göyçay rayonundan olan Rüstəm İbrahim oğlu Məmmədovun ikinci ildönümü Mingəçevir Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, Mingəçevir şəhər İcra Hakimiyyəti və Göyçay rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin nümayəndələri və göyçaylı şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, məktəblilər, ictimaiyyət nümayəndləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Mərasimdə Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna, Rüstəm kimi şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu bildirib. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər, zabitləri, Vətən uğrunda canından keçən qəhrəman şəhidləri və qazilərimizlə fəxr etdiyini və qürur duyduğunu diqqətə çatdırıb.Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyulduğunu bildirən İ.Vəliyev şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz olduğunu vurğulayıb.

Daha sonra digər natiqlər çıxış edərək Rüstəm Məmmədovun qısa və şərəfli həyat yolundan danışıblar.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.
Şəhid Rüstəm Məmmədovun ikinci ildönümü qeyd edildi
Şəhid Rüstəm Məmmədovun ikinci ildönümü qeyd edildi
Şəhid Rüstəm Məmmədovun ikinci ildönümü qeyd edildi
Şəhid Rüstəm Məmmədovun ikinci ildönümü qeyd edildi
Şəhid Rüstəm Məmmədovun ikinci ildönümü qeyd edildi


Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Rüstəm Məmmədov 10.08.1998-ci il Göyçay rayonunda anadan olub.Həqiqi hərbi xidmətini bitirdikdən sonra MAXE kimi, qulluğa başlayıb.29 sentyabr 2020-ci il tarixdə Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Rüstəm Məmmədov ölümündən sonra “Vətən uğrunda”,“Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Baxış sayı: 15