Azərbaycan XİN İndoneziyaya başsağlığı verib » devlet.info.az
Xəbərlər



Azərbaycan XİN İndoneziyaya başsağlığı verib
Azərbaycan XİN İndoneziyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İndoneziyada baş verən zəlzələ ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Qərbi Yavada, İndoneziyada baş verən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan bu çətin gündə dost və qardaş İndoneziyanın yanındadır”.

Xatırladaq ki, noyabrın 21-də İndoneziyada baş verən güclü zəlzələ zamanı ölənlərin sayı 252-yə çatıb.
Baxış sayı: 6