Aktauda beynəlxalq nəqliyyat marşrutları üzrə nazirlərin iclası keçiriləcək » devlet.info.az
Xəbərlər



Aktauda beynəlxalq nəqliyyat marşrutları üzrə nazirlərin iclası keçiriləcək
Aktauda beynəlxalq nəqliyyat marşrutları üzrə nazirlərin iclası keçiriləcək

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndələri arasında beynəlxalq nəqliyyat marşrutları üzrə danışıqlar aparılacaq.

Çərşənbə axşamı Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə noyabrın 21-də keçirdiyi brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Onun sözlərinə görə, 2022-ci il noyabrın 25-də Aktauda beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ilə bağlı nazirlərin görüşü keçiriləcək. Tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər və nəqliyyat nazirləri iştirak edəcəklər.
Smadiyarov qeyd edib ki, görüşdə Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəliliyinin artırılması üzrə tədbirlərin hazırlanması gözlənilir.
Baxış sayı: 17