Şəhid polkovnik Babək Səmidlinin ildönümü qeyd olundu » devlet.info.az
Xəbərlər

Şəhid polkovnik Babək Səmidlinin ildönümü qeyd olundu
Şəhid polkovnik Babək Səmidlinin ildönümü qeyd olundu

Noyabrın 24-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid polkovnik Babək Mətləb oğlu Səmidlinin ikinci ildönümü Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və şəhidin ailə üzvləri iştirak ediblər
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edənlər şəhid polkovnik Babək Səmidlinin qısa və mənalı ömür yolundan bəhs etmiş, və qeyd etmişlər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları 44 günə darmadağın etdi və məğlub olduğunu etiraf edən düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu, Azərbaycan hərb tarixinin ən parlaq, ən şanlı Zəfəri idi.
Bildirilib ki, Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsində iştirak edib, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərə rəhbərlik edənlərdən biri olub.
2020-ci ilin noyabr ayında minaya düşərək şəhidlik zirvəsinə ucalıb. 24 noyabr 2020-ci ildə doğma yurdu olan Göyçay şəhəri Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilib.
Tədbirdə Türkiyə Cumhuriyyətinin hərbi məktəbində şəhid polkovnik Babək Səmidli ilə birlikdə təhsil almış zabit dostları hərbi məktəbin 25-ci buraxılış ili münasibətilə onun adına hazırlanmış xatirə plaketi və yaxa nişanını övladları Mətləb və Səmidə təqdim ediblər.
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik Babək Səmidlinin adını daşıyır. Xatırladaq ki, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Zəfər” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Tədbirin sonunda şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunmuşdur.
Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan söz açaraq ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Baxış sayı: 18