Xəbərlər
devlet.info.az » Gündəm » Göyçayda maarifləndirici tədbir keçirilib
Göyçayda maarifləndirici tədbir keçirilib
25 noyabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay şəhər R.Rza adına 1 saylı tam orta məktəbdə “Erkən nikah və qohumlar arasında nikahın fəsadları”, “Narkomaniya və onun törətdiyi bəlalar”, “Dini radikalizm və onunla mübarizə”, “Məişət və gender zorakılığı” və “Uşaqlara qarşı zorakılıq” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə müəllimlər, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.
Əvvəlcə rayon Polis şöbəsinin rəisi Müqalib Abdıyev “Narkomaniya və onun törətdiyi bəlalar” mövzusunda geniş məlumat vermiş, daha sonra rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova “Erkən nikah və qohumlar arasında nikahın fəsadları”, rayon Təhsil sektorunun müdiri Rauf Məmmədov “Uşaqlara qarşı zorakılıq”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndəsi Rauf Nəsirov “Dini radikalizm və onunla mübarizə” mövzularında çıxışlar ediblər.
Sonra mövzular ətrafında iştirakçıları maraqlandıran sullar ətrafında diskussiya aparılıb.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Göyçayda "Təmiz Şəhər" adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib
6-02-2023, 17:25
/
58
"Heydər Əliyev ili " çərçisində Göyçay rayonunda silsilə tədbirlər davam etdirilir.
4-02-2023, 15:54
/
46
Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi
27-12-2022, 18:05
/
50
" Yeni il yeni ümidlərin bayramıdır" adlı əyləncəli bayram tədbiri keçirildi.
23-12-2022, 18:06
/
67