26 Noyabr – Ümumdünya informasiya günü münasibətilə dəyirmi masa keçirilib-FOTO » devlet.info.az
Xəbərlər

26 Noyabr – Ümumdünya informasiya günü münasibətilə dəyirmi masa keçirilib-FOTO
26 Noyabr – Ümumdünya informasiya günü münasibətilə dəyirmi masa keçirilib-FOTO

26 Noyabr – Ümumdünya informasiya günü münasibətilə Heydər Əliyev Mərkəzinin 1 saylı şəhər kitabxana filialının müdiri Səidə Hacıyevanın təşkilatçılığı ilə Mərkəzdə dəyirmi masa keçirilib.

Tədbirdə “Azadsöz.az” xəbər saytının təsisçisi və baş redaktoru Səbuhi Eltonlu, “Şirvanın səsi” və “Dövlət” informasiya agentliyinin əməkdaşı Gülşən Muradova, Göyçay Gənclər Evinin və Heydər Əliyev Mərkəzinin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Səbuhi Eltonlu 26 Noyabr – Ümumdünya informasiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. 1992-ci il noyabrın 26-da BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qəbul olunmuş Ümumdünya informasiya gününün misilsiz xidmətlərindən danışıb.Yaşadığımız dövrdə onlayn medianın və sosial şəbəkələrin rolununu böyük olduğunu bildirib. Çıxışında obyektiv və qərəzsiz medianın jurnalistikasının inkişafına təkan verdiyini vurğularaq, hansı çətin mərhələlərdən keçdiyini diqqətə çatdırıb.

Gülşən Muradova çıxış edərək milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin görüş dairəsinin və təfəkkürünün formalaşmasında televiziyanın və internet mətbuatının mühüm rolu olduğunu qeyd edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində xarici və yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində ölkəmizin müharibədə haqlı mübarizəsini bəyan etməklə döyüş meydanında olduğu kimi informasiya meydanında da qələbə çaldığımızı diqqətə çatdırıb.

Daha sonra mövzü ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda 26 Noyabr – Ümumdünya informasiya gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Baxış sayı: 84