Xəbərlər
devlet.info.az » Gündəm » Ankara terrorla mübarizə üçün icazə istəməyəcək - Kalın
Ankara terrorla mübarizə üçün icazə istəməyəcək - Kalın
Türkiyə ölkənin milli təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirmək üçün icazə istəmək fikrində deyil.
Bunu şənbə günü jurnalistlərə açıqlamasında Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Türkiyə Silahlı Qüvvələrinin "Pençe-Kılıç" antiterror əməliyyatına ABŞ-ın reaksiyasını şərh edən İ.Kalın qeyd edib ki, Ankara müttəfiqləri ilə çağırışlar və təhdidlər mövzusunu onların aradan qaldırılması üçün gələcək birgə addımlar atmaq məqsədilə müzakirə etməyə hazırdır.
"Hücum və ya terror aktı da daxil olmaqla təhlükə yarandıqda Türkiyə bütün NATO müttəfiqləri ilə vəziyyəti müzakirə edir. Biz tərəfdaşlardan ortaq addımlar gözləyirik və belə addımlar olmadıqda, artıq Prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi, problemi öz gücümüzlə həll etməyə hazırıq", - deyə İ.Kalın bildirib.
Türkiyə Prezidentinin mətbuat katibi vurğulayıb ki, Türkiyə ordusunun Suriya və İraqla sərhəddə bütün əməliyyatları BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə hüququ - red.) əsaslanır.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Göyçayda "Təmiz Şəhər" adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib
6-02-2023, 17:25
/
58
"Heydər Əliyev ili " çərçisində Göyçay rayonunda silsilə tədbirlər davam etdirilir.
4-02-2023, 15:54
/
46
Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi
27-12-2022, 18:05
/
50
" Yeni il yeni ümidlərin bayramıdır" adlı əyləncəli bayram tədbiri keçirildi.
23-12-2022, 18:06
/
67