Xəbərlər
devlet.info.az » Gündəm » Sumqayıtda hərbi sursat aşkarlanıb
Sumqayıtda hərbi sursat aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın iki ədəd BR-281 zirehdələn-izlikli tank mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Göyçayda "Təmiz Şəhər" adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib
6-02-2023, 17:25
/
58
"Heydər Əliyev ili " çərçisində Göyçay rayonunda silsilə tədbirlər davam etdirilir.
4-02-2023, 15:54
/
46
Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi
27-12-2022, 18:05
/
50
" Yeni il yeni ümidlərin bayramıdır" adlı əyləncəli bayram tədbiri keçirildi.
23-12-2022, 18:06
/
68