Xəbərlər
devlet.info.az » Gündəm » Beynəlxalq “Ocaq” Kubokunun qızıl medalı mənə əlavə stimul verəcək - yarışın qalibi
Beynəlxalq “Ocaq” Kubokunun qızıl medalı mənə əlavə stimul verəcək - yarışın qalibi
Bədii gimnastika üzrə Beynəlxalq “Ocaq” Kubokunun qızıl medalı mənə gərgin məşq etmək üçün əlavə stimul verəcək.
Bu barədə bazar günü 2013-cü il təvəllüdlü gimnastlar arasında gürzlərlə hərəkətlər üzrə proqramın qalibi Mələk Rzayeva deyib.
"Təbii ki, qazanılan medal həm müsbət emosiyalar verir, həm də əlavə özünə inam, məşqləri davam etdirmək üçün motivasiya verir. Mən bədii gimnastikanı çox sevirəm, ən gözəl və zərif idman növüdür və qazanılan uğura görə şadam" - deyə "Grasiya" İdman Klubunun nümayəndəsi qeyd edib.
Mələk Rzayeva etiraf edib ki, yarışa başlamazdan əvvəl həyəcanlı olub, lakin tamaşaçıların dəstəyi onun öhdəsindən gəlməyə kömək edib:
"Milli Gimnastika Arenasındakı tamaşaçılar ən yaxşısıdır. Onların bütün idmançıları dəstəkləməsi, onları yaxşı çıxışlara hazırlaması xoşuma gəlir. Onların dəstəyini hiss etdikçə, çıxsış etmək daha asan olur".
Qeyd edək ki, 25-27 noyabr tarixlərində “Ocaq Sport” klubu bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunu keçirir. Yarışlarda 3 ölkəni təmsil edən 317 gimnast, Azərbaycandan 200-dən çox gimnast iştirak edir.
2007-2016-cı il təvəllüdlü idmançılar həm fərdi proqramda, həm də qrup hərəkətlərində çıxış edirlər.
Oxşar xəbərlər
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Göyçayda "Təmiz Şəhər" adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib
6-02-2023, 17:25
/
58
"Heydər Əliyev ili " çərçisində Göyçay rayonunda silsilə tədbirlər davam etdirilir.
4-02-2023, 15:54
/
46
Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi
27-12-2022, 18:05
/
50
" Yeni il yeni ümidlərin bayramıdır" adlı əyləncəli bayram tədbiri keçirildi.
23-12-2022, 18:06
/
67