Xəbərlər
devlet.info.az » Gündəm » Ordumuzun Kəlbəcər, Daşkəsən və Tovuzdakı mövqeləri atəşə tutulub
Ordumuzun Kəlbəcər, Daşkəsən və Tovuzdakı mövqeləri atəşə tutulub
Ordumuzun mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 27-si saat 17:10-dan noyabrın 28-i saat 01:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Qaraiman, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, noyabrın 27-si saat 19:35-dən noyabrın 28-i saat 08:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Göyçayda "Təmiz Şəhər" adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib
6-02-2023, 17:25
/
58
"Heydər Əliyev ili " çərçisində Göyçay rayonunda silsilə tədbirlər davam etdirilir.
4-02-2023, 15:54
/
46
Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi
27-12-2022, 18:05
/
50
" Yeni il yeni ümidlərin bayramıdır" adlı əyləncəli bayram tədbiri keçirildi.
23-12-2022, 18:06
/
67