Nazir müavini Göyçayda vətəndaşları qəbul edəcək-TARİX » devlet.info.az
Xəbərlər



Nazir müavini Göyçayda vətəndaşları qəbul edəcək-TARİX
Nazir müavini Göyçayda vətəndaşları qəbul edəcək-TARİX

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev yanvarın 19-da Göyçay rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Qeyd edək ki, vətəndaşlar yanvarın 10-dan 16-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Baxış sayı: 117