Xəbərlər
devlet.info.az » Gündəm » Milli Gimnastika Arenasının zalının 39-cu Avropa çempionatı üçün tərtibatı çox gözəldir - Polşalı gimnast
Milli Gimnastika Arenasının zalının 39-cu Avropa çempionatı üçün tərtibatı çox gözəldir - Polşalı gimnast
Bakı şəhərindəki Milli Gimnastika Arenasının zalının 39-cu Avropa çempionatı üçün tərtibatı çox gözəldir.
Bu barədə qrup hərəkətlərində gənclər komandasında çıxış edən yarış iştirakçısı, polşalı idmançı Kseniya Jijiç podium məşqlərindən sonra deyib.
"Zalın tərtibatı çox xoşuma gəlir, qırmızı xalı üzərində gəzmək xoşdur, təşkilatçıların ideyası çox maraqlıdır", - deyə gimnast əlavə edib.
Kseniya Jijiç vurğulayıb ki, Polşanın artıq sabah yarışlarda qrup hərəkətləri ilə çıxış edəcək gənclər komandası mübarizə ruhundadır.
"Bu gün podium məşqləri keçirildi, burada yaxşı atmosfer var, zal çox gözəldir. Komandamız Bakıda bir ay əvvəl olub, burada hər şey xoşumuza gəlir və ümid edirik, buraya yenə gələcəyik. Avropa çempionatında komandamızın vəzifəsi səhvsiz çıxış etməkdir", - deyə o vurğulayıb.
Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının iştirakçılarının podium məşqləri keçiriləcək.
Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçiriləcək. Bədii gimnastika ulduzlarının iştirak etdiyi qitə çempionatında bütünlükdə 38 ölkədən 315 gimnast (191 böyük, 124 gənc) iştirak edəcək.
Beş gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər.
Gimnastlar fərdi proqramda top, halqa, gürz və lentlə hərəkətlər nümayiş etdirəcəklər. Böyüklər arasında qrup komandaları 5 halqa, 3 lent və 2 top proqramında, gənclər arasında isə qrup komandaları 5 ip və 5 top proqramında kompozisiyalar nümayiş etdirəcəklər.
Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası və Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası təmsil edəcəklər.
Oxşar xəbərlər
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub
19-05-2023, 19:45
/
97
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab bayramı keçirildi.
8-05-2023, 17:01
/
85