Xəbərlər
devlet.info.az » Gündəm » BƏƏ dünyada kibertəhlükəsizlik üzrə ilk təlimat kitabçasını dərc edib
BƏƏ dünyada kibertəhlükəsizlik üzrə ilk təlimat kitabçasını dərc edib
2022-ci ildə BƏƏ kibertəhlükəsizlik üzrə ilk təlimat kitabçasını dərc edib.
Çərşənbə günü xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin kibertəhlükəsizlik şöbəsinin rəhbəri Məhəmməd Əl Küveyti Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda konfransda videomüraciətində deyib.
Onun sözlərinə görə, təlimat kitabçası telekommunikasiya sahəsinin əksər aspektlərini, o cümlədən 5G və GSM sahələrini, habelə kibertəhlükəsizliyin ISO sferasını əhatə edir.
"Təlimat kitabçası effektiv tətbiq olunmağa başlayan kimi telekommunikasiya texnologiyaları sahəsinin əsası olaraq qəbul ediləcək. Mart ayında OIC-CERT və milli mobil operatorla birlikdə kibertəhlükəsizlik üzrə təlimat kitabçasının adaptasiyası üzrə ilk seminarı təşkil etdik. BƏƏ-nin kibertəhlükəsizlik sahəsində qlobal liderlik üzrə ambisiyalarını dəstəkləmək məqsədilə BƏƏ Təhlükəsizlik Şurası hamının kiberinsidentlərin öhdəsindən gəlməsinə imkan verəcək müvafiq ekosistem təşkil edib", - o deyib.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub
19-05-2023, 19:45
/
97
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab bayramı keçirildi.
8-05-2023, 17:01
/
85