“Çinar ömürlü şair” adlı tədbir keçirilib » devlet.info.az
Xəbərlər



“Çinar ömürlü şair” adlı tədbir keçirilib
“Çinar ömürlü şair” adlı tədbir keçirilib

19 may 2023-cü il tarixində Göyçay şəhər Rəsul Rza adına ev muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri – Xalq şairi Rəsul Rzanın anadan olmasının 113 illiyi ilə əlaqədar “Çinar ömürlü şair” adlı tədbir keçirilib.

Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Göyçay şəhər Rəsul Rza adına ev muzeyinin direktoru Solmaz Həsənova, muzeyin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Solmaz Həsənova Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olduğunu vurğulayıb. Milli söz sənətimizə yeni forma və ruh gətirmiş novator şairi olduğunu qeyd edib. Uzun illər çox dəyərli ədəbi nümunələr yaratmaqla yanaşı, respublikanın elmi-mədəni həyatında da yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Daha sonra “Göyçay” qəzetinin redaktoru, AYB-nin üzvü Adil Məmmədov, Muxtar İmanov və Rafiq İsgəndərov çıxış edərək şairin həyat və yaradıcılıq yoluna nəzər salıblar, onun Azərbaycan dilinin poetik potensialının yeni- yeni imkanlarını üzə çıxardığını vurğulayıblar. Rəsul Rza yarım əsrə yaxın dövrdə yüksək dəyərli bədii nümunələr yaratmaqla yanaşı, respublikamızın elmi-mədəni həyatında dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanındığını bildiriblər.

Sonra tədbir Göyçay Mədəniyyət Mərkəzinin və məktəblilərin ifasında R.Rzanın şeirlərindən parçalar və sözlərinə yazılan mahnılar səsləndirilib.
“Çinar ömürlü şair” adlı tədbir keçirilib
“Çinar ömürlü şair” adlı tədbir keçirilib
“Çinar ömürlü şair” adlı tədbir keçirilib
“Çinar ömürlü şair” adlı tədbir keçirilib
“Çinar ömürlü şair” adlı tədbir keçirilib
“Çinar ömürlü şair” adlı tədbir keçirilib
“Çinar ömürlü şair” adlı tədbir keçirilib
Baxış sayı: 60