Azərbaycanda bədii gimnastika fəal inkişaf edir - tamaşaçı » devlet.info.az
Xəbərlər



Azərbaycanda bədii gimnastika fəal inkişaf edir - tamaşaçı
Azərbaycanda bədii gimnastika fəal inkişaf edir - tamaşaçı

Azərbaycanda bədii gimnastika fəal inkişaf edir.

Bu barədə Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının tamaşaçısı Nigar Mustafayeva deyib.

"Avropa çempionatı kimi irimiqyaslı tədbirlərin keçirilməsi bu idman növünə marağı daha da artırır. Bu gün biz tribunadan çoxlu gənc tamaşaçı görürük, onlar üçün Avropanın ən yaxşı gimnastlarının çıxışlarını izləmək əla bayramdır," - deyə N.Mustafayeva bildirib.

Onun sözlərinə görə, Gimnastika Arenasının tribunalarında sevinc ab-havası hökm sürür:
"İdmançımız Zöhrə Ağamirovanın çıxışına baxdım, indi Azərbaycan komandasına qrup hərəkətlərində dəstək olmaq üçün axşam çıxışını gözləyirəm. Gimnastlarımıza uğurlar və yaxşı nəticələr arzulayıram".

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.
Baxış sayı: 12