Sinan Oğan prezident seçkilərinin ikinci turunda Ərdoğanı dəstəkləyəcəyini açıqladı » devlet.info.az
Xəbərlər



Sinan Oğan prezident seçkilərinin ikinci turunda Ərdoğanı dəstəkləyəcəyini açıqladı
Sinan Oğan prezident seçkilərinin ikinci turunda Ərdoğanı dəstəkləyəcəyini açıqladı

Türkiyənin "ATA Alyansı"nın prezident namizədi Sinan Oğan ölkədə keçirilən seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Bunu Sinan Oğan Ankaradakı açıqlamasında qeyd edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Baxış sayı: 12