Xəbərlər
devlet.info.az » Gündəm » "WhatsApp" yarımçıq mesajlar üçün bildirişlər göndərəcək
"WhatsApp" yarımçıq mesajlar üçün bildirişlər göndərəcək
"WhatsApp" masaüstü tətbiqi üçün yarıda qalan mesajlara bildirişlər göstərməyə başlayacaq.
Məlumatına görə, "WhatsApp"da mesaj yazarkən söhbət ekranından çıxdıqda, yazılan mətn silinməyəcək. "WhatsApp" indi "Telegram" kimi yarımçıq mesajlar üçün bildirişlər göstərməyə başlayacaq.
Tutaq ki, dostunuzla danışarkən mesajınız yarıda qaldı. Daha sonra "WhatsApp"a daxil olduqda və ya bütün söhbətlərin olduğu menyunu gördükdə həmin mesajla bağlı "Qaralama" şəklində bildiriş gələcək. Bu bildirişi görən istifadəçi anlayacaq ki, o şəxsə mesaj yazıb, lakin hələ də göndərməyib. Bu şəkildə "Göndərməyi unutdum" kimi vəziyyətlər geridə qalacaq.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub
19-05-2023, 19:45
/
97
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab bayramı keçirildi.
8-05-2023, 17:01
/
85