Xəbərlər
devlet.info.az » Gündəm » Ötən sutka 31 yanğına çıxış olub, 2 nəfər xilas edilib - FHN
Ötən sutka 31 yanğına çıxış olub, 2 nəfər xilas edilib - FHN
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, 1 nəfər partlayış zamanı xəsarət alıb. Həmçinin, Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1 nəfər azyaşlının axtarışları davam etdirilir.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub
19-05-2023, 19:45
/
97
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab bayramı keçirildi.
8-05-2023, 17:01
/
85