Xəbərlər
devlet.info.az » Gündəm » Azərbaycan xarici işlər nazirinin müavini İsrailə işgüzar səfər edib
Azərbaycan xarici işlər nazirinin müavini İsrailə işgüzar səfər edib
21-25 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev İsrail Dövlətinə işgüzar səfər edib.
Nazirlikdən verilən məlumata görə, xarici işlər nazirinin müavini Fariz Rzayev səfər çərçivəsində İsraildə hər il təşkil edilən “Herzliya” Konfransında iştirak edib, habelə İsrailin bir sıra dövlət məmurları və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşüb.
“Herzliya” Konfransında “Azərbaycan-İsrail Strateji Əlaqələri” mövzusunda çıxış edən nazir müavini F.Rzayev Azərbaycan-İsrail münasibətləri, regional məsələlər, ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə digər mövzular barədə konfrans iştirakçılarını məlumatlandırıb.
Səfər çərçivəsində, nazir müavini Fariz Rzayev həmçinin İsrail Dövləti Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və baş direktorun müavini, Avrasiya bölməsinin rəhbəri Simona Halperin ilə görüşüb. Görüşlər zamanı nazir müavini Fariz Rzayev tərəf müqabillərini post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən maneələr barədə məlumatlandırıb.
Səfər zamanı nazir müavini Fariz Rzayev o cümlədən Qüds Strategiya və Təhlükəsizlik İnstitutu, habelə Təl-Əviv Universiteti nəzdində fəaliyyət göstərən Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzində ekspertlər, professor və tələbələrlə görüşüb.
İsrail Dövlətinə səfəri çərçivəsində nazir müavini Fariz Rzayev Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi tədbirdə iştirak və çıxış edib.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub
19-05-2023, 19:45
/
97
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab bayramı keçirildi.
8-05-2023, 17:01
/
85